15:25 - 27.04.2022
27 aprel, Fineko/abc.az. Rusiya bankları resurslara qənaət etmək üçün ofis filiallarının bir hissəsini bağlamağa başlayıb.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, sanksiyalar şəraitində çoxlu sayda filialı saxlamaq qeyri-mümkün olur, halbuki onların sayının azalması xidmətlərin əlçatanlığının azalması riskini daşıyır.
Mart ayının nəticələrinə görə, "Sberbank"ın məlumatları istisna olmaqla, Rusiyada maliyyə təşkilatlarının 184 ofisi bağlanıb ki, bu da son üç ilin rekordudur.
Ölkənin ən böyük bankı "Sberbank" da şəbəkəni azaltmalı oldu. Belə ki, bank 32 filialını itirib. Rusiya Bankı qeyd edib ki, il ərzində onun şəbəkəsi 4,2% azalaraq 13,2 min filiala, iki il ərzində isə azalma 4,8% təşkil edib.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026