12:26 - 26.04.2022
26 aprel, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” 2022-ci ilin ilk rübünü mənfəətlə tamamlamış, əsasən biznes kreditlərinin və qeyri-faiz gəlirlərinin həcmini artırıb.
ABC.AZ-ın məlumatına görə, Bank qeyd edilən dövrü 400 min manat xalis mənfəətlə başa vurub və qeyri-faiz gəlirini ötən ilin eyni dövrü ilə müqayisədə 36% artıraraq 3.9 milyon manata çatdırıb.
Cari ilin ilk rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC müştərilərə verilən kreditlərin ümumi həcmini 9% və biznes kredit portfelini 14% artırıb.
Belə ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 37 milyon manat artaraq 2022-ci ilin mart ayının sonunda 133 milyon manata çatıb və həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026