Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi dəyişib

17:27 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Dünya Bankının İcraçı direktoruna Azərbaycan üzrə yeni müşavir təyin edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu vəzifə Amin Muradova həvalə edilib. A.Muradov bu vəzifədə Namiq Nağdəliyevi əvəz edib.

Namiq Nağdəliyev ötən ilin oktyabrında Dünya Bankındakı vəzifəsindən ayrılaraq Azərbaycan Mərkəzi Bankının sədrinin ofisinə direktor təyin edilmişdi.

A.Muradov isə həmçinin 2019-cu ildən Azərbaycanın Beynəlxalq Valyuta Fondunun (IMF) İcraçı Direktorlar Şurasındakı nümayəndəsidir. Hazırda bu vəzifəsinin icrası da davam edir.