“Express Bank” səhmdarı Bankdakı payını satdı

11:44 - 25.04.2022


25 aprel, Fineko/abc.az. “Express Bank” ASC-nin səhmlərinin 19,5%-nə nəzarət edən Hikmət Xammədov payını satıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, onun payını digər səhmdarlar – “Enerqoservis” MMC və Hafiz Seyidov alıblar.

Son nəticədə onların payı müvafiq olaraq 21,6%-dən 30,9%-ə və 9,8%-dən 20%-ə çatıb. Bankın səhmlərinin qalan 49,2%-i əvvəlki qaydada “Azenco Group” MMC-yə (48,8%) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə (0,4%) məxsusdur.