16:04 - 22.04.2022
22 aprel, Fineko/abc.az. 31 dekabr 2021-ci il tarixində “PAŞA Holding” MMC-nin cəmi aktivləri 15,5 milyard manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin sonunda holdinqin cəmi aktivləri 13,2 milyard manata çatmışdı.
ABC.AZ holdinqə istinadən xəbər verir ki, 31 dekabr 2020-ci il tarixində “PAŞA Holding”in cəmi kapitalı 2,6 milyard manat ikən, 31 dekabr 2021-ci il tarixində 2,25 milyard manat təşkil edib.
Ötən il “PAŞA Holding”in ümumi gəlirləri 1,7 milyard manat təşkil edib. 2020-ci ildə Holdinq 1,6 milyard manat cəmi gəlir əldə etmişdi.
31 dekabr 2021-ci il tarixində PAŞA Holdinqin Azərbaycanın bank sektorunda aktivlər üzrə bazar payı 34.11% (əvvəlki il 33%) təşkil edib.
31 dekabr 2021-ci il tarixində qrup üzrə işcilərin sayı 16 min 560 nəfəri keçib. 2020-ci ilin sonunda qrupun işçilərinin sayı 9 min 500 nəfəri keçmişdi. Ötən il Holdinqin işçilərinin sayı 7 min 60 nəfər və ya 74% artıb. ( Marja.az)
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026