12:27 - 22.04.2022
22 aprel, Fineko/abc.az. Azərbaycanda banklarda fiziki şəxslərin (əhalinin) depozitləri (əmanətləri) 1 Aprel 2022-ci il tarixində 10 milyard 200,8 milyon manata çatıb.
ABC.AZ-ım məlumatına görə, Mərkəzi Bankın statistukasına nəzər saldıqda əmanətlərin ilk dəfə 10 milyard manatı keçdiyini görürük.
Ölkənin əsas Bankının statistikasında mart ayında fiziki şəxslərin depozitləri 331,1 milyon manat artıb.
Mart ayında müddətli depozitlər 75 milyon manat artaraq 5 milyard 501,6 milyon manata, tələbli depozitlər isə 256,2 milyon manat artaraq 4 milyard 699,2 milyon manata çatıb.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026