Banklarımızın 9-u mənfəət, 2-si zərərdədir - Hesabat

12:16 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Azərbaycandakı 26 bankın 11-i 2022-ci ilin 1-ci rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2022-ci ilin 1-ci rübünü, maliyyə göstəricilərini açıqlamış 11 bankdan 9-u xalis mənfəət ilə, 2-si xalis zərər ilə başa vurub.

Qeyd edək ki, digər bankların da aprel ayının sonunadək maliyyə göstəricilərini açıqlayacaqları gözlənilir.