11:06 - 22.04.2022
22 aprel, Fineko/abc.az. Rüsumlarla bağlı dəyişikliklər üzrə uyğunlaşdırmalar aparılıb.
Nazirlər Kabinetindən ABC.AZ-a verilən xəbərə görə, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərdən sonra, bir sıra hüquqi aktlarda uyğunlaşdırma aparılıb.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu müəyyən edilmiş hissələrdə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən orqanların və publik hüquqi şəxslərin xəzinə hesabına deyil, tam məbləğdə dövlət büdcəsinə köçürüləcək.
Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılma müddəti 45 gündən 20 günə endirilib.
Notariat hərəkətlərinə görə dövlət rüsumunun notarius tərəfindən dövlət büdcəsinə köçürülməsi müddəti 2 bank günündən 1 bank gününə endirilib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026