16:43 - 21.04.2022
21 aprel, Fineko/abc.az. Dünyanın aparıcı fondlarından biri olan Norveç Sərvət Fondu Rusiyanın Ukraynaya müdaxiləsi və Çindəki karantinlər səbəbi ilə bazarlardakı qarışıqlıq səbəbindən bu ilin ilk rübündə 74 milyard dollar itirib.
ABC.AZ xəbər verir ki, 1,3 trilyon dollarlıq Norveç Sərvət Fondunu idarə edən "Norges Bank", fondun yanvar-mart dövründə 4,9 faiz itirdiyini açıqlayıb.
Bildirilib ki, fondun əsas aktiv sinfi olan birja portfeli 5,2 faiz dəyər itirib.
"Sabit gəlirli qiymətli kağızlara investisiyalardan isə 4,8 faiz zərər qeydə alınıb", - deyə Bankdan bildirilib.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026