Azərbaycan banklarının valyuta hərracında tələbi 33,7% çoxalıb

12:32 - 21.04.2022


21 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, aprelin 21-də baş tutan valyuta hərracında $82,5 mln satılıb ki, bu da ötən hərracda olduğundan $20,8 mln (33,71%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $82,5 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.