10:18 - 21.04.2022
21 aprel Fineko/abc.az. Sanksiyaya məruz qalan Alfa-Bankın qazaxıstanlı törəmə təşkilatı bu ölkədə fəaliyyət göstərən başqa banka - "CenterCredit"ə satılacaq.
ABC.AZ xəbər verir ki, Rusiyanın Alfa-Bankı və CenterCredit Bankı arasında müvafiq razılaşmanın əldə edilməsi barədə Qazaxıstanın Alfa-Bankının mətbuat xidməti məlumat yayıb.
Beləliklə, Alfa-Bankın törəmə təşkilatı səhmlərinin 100%-i “CenterCredit”ə satılacaq, Rusiya bankı isə səhmdarlardan tamamilə çıxacaq və öz nümayəndələrini direktorlar şurasından geri çağıracaq.
Qeyd olunur ki, bundan əvvəl də Qazaxıstanın “Halyk Bank”ının “Sberbank”ın yerli törəmə bankının kredit portfelinin bir hissəsini satın aldığı bildirilirdi.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026