Rusiyanın dondurulmuş aktivləri bu halda istifadə ediləcək

16:23 - 20.04.2022


20 aprel, Fineko/abc.az. Rusiyanın dondurulmuş aktivlərindən istifadə qərarı dünya səviyyəsində veriləcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş vəsaitlərindən istifadə etmək qərarı beynəlxalq səviyyədə veriləcək. Bunu Britaniyanın baş naziri Boris Consonun ofisindən bildiriblər.

"Biz bu məsələni müzakirə edirik, hələ qərar verilməyib", - Johnson-un sözçüsü brifinqdə Londonun bu cür tədbirlər görməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Britaniya baş nazirinin ofisi əlavə edib ki, qərar milli deyil, beynəlxalq səviyyədə veriləcək" deyə ofisdən bildirilib.