12:16 - 20.04.2022
20 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatı açıqlanıb.
ABC.AZ xəbər verir ki, sözügedən hesabatda ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının həcmi 80,1 milyon manat olub.
Hesabatda qeyd edilib ki, hesabat ilinin İş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarət (KDMN) tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən, pul və natura ifadəsində cəmi 35,7 milyon manat məbləğində vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən edilib, həmin məbləğin 30,8 milyon manatının bərpası, o cümlədən 23,9 milyon manatının pul ifadəsində, 6,5 milyon manatının natura ifadəsində bərpası, 0,4 milyon manat məbləğində maliyyələşmənin azaldılması və ya qarşılıqlı hesablaşmaların aparılması təmin edilib.
Beləliklə, bərpası ilə bağlı qərar qəbul edilmiş 35,7 milyon manatın 86,0%-nin icrası 2021-ci ildə təmin olunub.
Qalan 4,9 milyon manatın bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti il hesabata daxil ediləcək.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026