11:43 - 19.04.2022
19 aprel, Fineko/abc.az. Yeni Zelandiya Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib və ona Rusiya Federasiyasının 18 ən böyük maliyyə qurumunu əlavə edib.
ABC.AZ-ın məlumatına görə, yeni siyahıya Rusiya Mərkəzi Bankı və Milli Rifah Fondu, eləcə də ölkənin bir sıra digər iri maliyyə institutları daxildir.
Sanksiyalar həmçinin Alfa-Bank, Rossiya və Otkritie bankları, Çernomorski İnkişaf və Yenidənqurma Bankı, Moskva Kredit Bankı, Qazprombank, Genbank, Sənaye Əmanət Bankı, Novikombank, Rosselxozbank, Rusiya Milli Kommersiya Bankı, Sberbank, Sovcombank, SMP Bank, Vneşekonombank-a da şamil edilib.
Ümumilikdə, bu qurumlar Rusiyadakı bütün bank aktivlərinin təxminən 80%-ni təşkil edir.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026