Valyuta ehtiyatlarımız bu qədər artıb - Detallar

10:53 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 52 milyard 400,5 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bunun 86,4%-i və yaxud 45 milyard 264 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,6 %-i və yaxud 7 milyard 136,5 milyon dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 300 milyon dollar və yaxud 0,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 238,9 milyon dollar və yaxud 0,6 %, AMB-nin valyuta ehtiyatlarında isə 61,1 milyon dollar və yaxud 0,9 % artım olub.

Müəllif: Elmir Murad