Bu ilin 1-ci rübünü 93 min manat əməliyyat zərəri ilə baş vuran Bank

16:05 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Bank BTB" Bank ilə zərərlə başlayıb.

Belə ki, 2022-ci ilin 1-ci rübü Bankın inzibati xərcləri  kəskin - 42% azalıb.

Əgər ötən ilin 1-ci rübündə Bank BTB-nin inzibati xərcləri 3 milyon 297 min manat təşkil etmişdisə, 2022-ci ilin 1-ci rübündə bu göstərici 1 milyon 913 min manat enib.

Qeyd edək ki, inzibati xərclər əsasən əməkdaşlarının əmək haqqı, ofislərin icarə haqqı və təsərrüfat xərclərindən ibarətdir. Bu xərclərin azalması adətən bankın qənaətə keçməsinin göstəricisi sayılır.

Nəticədə bank 1-ci rübü 93 min manat əməliyyat zərəri ilə baş vurub. Yəni bankın fəaliyyətindən əldə edilən gəlirləri onun xərclərini qarşılamaq üçün kifayət etməyib. Ötən ilin eyni dövründə bu göstərici 59 min manat olmuşdu.