"Bank BTB" Bank ilə zərərlə başlayıb

15:53 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Bank BTB 2022-ci ilə zərərlə başlayıb.

ABC.AZ bankın 2022-ci ilin 1-ci rübü ilə bağlı açıqladığı hesabata istinadən xəbər verir ki, yanvar-mart aylarında bankın faiz gəlirləri 6 milyon 859 min manat, faiz xərcləri 4 milyon 6 min manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 12,4%, faiz xərcləri isə 10,2% artıb. Nəticədə 1-ci rübdə xalis faiz gəliri isə 2 milyon 853 min manat olub.

İlk rübdə "Bank BTB"nin qeyri-faiz gəlirləri 2 qat azalaraq 1 milyon 56 min manata düşüb.

Qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 2 milyon manatdan artıq idi.

Bankın qeyri-faiz xərcləri isə 10,5% azalaraq 4 milyon 2 min manat düşüb – ötən il 4 474 min manat idi.

Bu dövrdə banka göstərilən xidmətlər üzrə haqqı və komissiya xərcləri (yəni bankın xərcləri) 77% artaraq ötən ilki 1 milyon 178 min manatdan 2 milyon 89 main manata yüksəlib.