Rusiyada banklar çıxılmaz vəziyyətdə - Borclar ucuz qiymətə satılır

11:09 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Rusiyada Qərbin sanksiyalarından sonra yaranan vəziyyət günü-gündən pisləşir. Belə ki, ölkədə gəlirlərin azalması, işsizliyin artması və alıcılıq qabiliyyətinin aşağı düşməsi bankların öz problemli kredit portfellərinə yenidən baxmağa vadar edib.

ABC.AZ-ın məlumatına görə, banklar problemli kreditdəri kollektorlara daha ucuz qiymətə satmağa başlayıblar. Müharibə başlayandan borcların cəmi 5-6%-i kollektorlara ötürülüb.

Bununla yanaşı, son ay yarımda, yəni Ukrayna ilə müharibə başlayandan bəri, kollektorlara ötürülən borcların qiyməti də aşağı düşüb.

Rusiyada borcların satışı üzrə onlayn-satış sistemi olan Debex-də satışa çıxarılan problemli kredit portfellərinin qiyməti 30-50% azalıb.