14:27 - 15.04.2022
15 aprel, Fineko/abc.az. Ermənistanda kredit təşkilatları istəkdən asılı olaraq Rusiya vətəndaşları üçün bank hesabları açır. Lakin buna qədər hər bir müraciət edən şəxs diqqətlə yoxlanılır.
ABC.AZ-ın məlumatına görə, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan RBK-yə müsahibəsində bildirib.
Nazirin müsahibəsindən də göründüyü kimi Ermənistan kredit təşkilatları çıxılmaz vəziyyətdə qalıb.
Həm rusların banklara qoymaq istədiyi pullardan imtina edə bilmirlər, həm də ABŞ-ın sanksiyalarının altına düşmək istəmirlər. Bunu müsahibəsində birbaşa olmasa da, dolayı yolla V. Kerobyan da deyib.
O qeyd edib ki, Ermənistan kredit təşkilatları Rusiyanın məhdudiyyətlərdən yan keçməsinə kömək etmək cəhdlərinə görə ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək istəmir və bundan çox qorxurlar.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026