12:20 - 14.04.2022
14 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə Taleh Kazımov Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilib.
ABC.AZ-ın məlumatına görə, T.Kazımov bu gün Mərkəzi Bankın kollektivinə təqdim olunub.
Yeni sədri kollektivə təqdim edən Prezidentin köməkçisi Natiq Əmirov T.Kazımovun iş təcrübəsi barədə məlumat verib.
N.Əmirov maliyyə sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb, tövsiyələrini verib.
T.Kazımov dövlət başçısı və ölkə parlamenti tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026