Azərbaycan ilin birinci rübündə 348,8 milyon manat xarici borc qaytarıb

16:05 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsi xərclərinin 4 186,5 milyon manatı və yaxud 74,4% cari xərclər, 1 094,2 milyon manatı və yaxud 19,4%-i əsaslı xərclər, 348,8 milyon manatı və yaxud 6,2%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1% çox, 4,9% az və 12,3% azdır.