Valyuta hərracına tələb 11,25% artıb

12:35 - 12.04.2022


Aprelin 12-də, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, aprelin 12-də valyuta hərracında $79,1 mln satılıb ki, bu da ötən hərracda olduğundan $8 mln (11,25%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələbat $79,1 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.