12:09 - 12.04.2022
12 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin plenar iclası keçirilib.
ABC.AZ xəbər verir ki, iclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi müzakirə edilib.
Ötən gün Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdimata müsbət rəy verilib və plenar iclasında müzakirə üçün tövsiyə edilib.
Qeyd edək ki, E.Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir.
O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən azad olunacaq. Rüstəmov 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edir. Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. Qərar səsə qoyularaq qəbul edilib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026