“Bitkoin”in qiyməti ucuzlaşdı - 8 faiz aşağı düşüb

10:24 - 12.04.2022


12 aprel, Fineko/abc.az. “Bitkoin”in qiyməti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, kriptovalyutanın qiyməti 8 faizdən artıq ucuzlaşaraq 39,91 min dollar təşkil edib.

Qeyd edək ki, sonuncu dəfə “Bitkoin”in qiyməti martın 16-da 40 min dollardan aşağı olub.