17:21 - 17.03.2022
17 mart, Fineko/abc.az. Rusiya Maliyyə Nazirliyi 14 mart tarixli iki avroistiqraz buraxılışı üzrə 117,2 milyon ABŞ dolları dəyərində kupon gəliri ödəmələri haqqında ödəniş tapşırığını yerinə yetirdiyini açıqlayıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, ödənişin hansı valyuta ilə edildiyi açıqlanmır.
Daha əvvəl ölkənin maliyyə naziri Anton Siluanov Rusiyanın öhdəliklərini ABŞ dolları ilə həyata keçirməyə çalışacağını və bunun üçün kifayət qədər valyutaya malik olduqlarını bildirmişdi.
Lakin bunu etmək mümkün olmazsa, ödəniş rubl ilə həyata keçiriləcək.
“Fitch” agentliyi bunun defolt mənasına gələcəyi qənaətində idi.
Dövlət borcunun valyuta ilə ödənilməsi problemləri Qərb ölkələrinin Rusiyanın qızıl-valyuta ehtiyatlarını dondurmasından sonra meydana gəlib. Rusiya Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, Rusiyanın bütün valyuta ehtiyatlarının, təxminən, yarısı – 300 milyard ABŞ dolları məhdudiyyətlərə məruz qalıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026