15:35 - 17.03.2022
17 mart, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, əvvəldən də gözlənildiyi kimi TCMB faizini sabit saxlayıb.
Belə ki, Mərkəzi Bankın əsas faiz dərəcəsi 14% təşkil edir.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı ardıcıl 4-cü dəfədir faizini sabit saxlayır.
"Son dövrlərdə inflyasiyanın yüksəlməsinə - enerji xərclərinin artması, iqtisadi əsaslardan uzaq qiymət formalaşmalarının müvəqqəti təsiri, qlobal enerji, ərzaq və kənd təsərrüfatı mallarının qiymətlərindəki artımlar, təklif proseslərində və tələbin inkişafındakı fasilələr kimi amillər təsir göstərir. İdarə Heyəti qlobal sülh mühitinin bərpası və inflyasiyadakı baza təsirlərinin aradan qaldırılması ilə de-inflyasiya prosesinin başlayacağını gözləyir. Bu çərçivədə İdarə Heyəti siyasət faizini sabit saxlamağa qərar verib", - deyə Bankın açıqlamasında deyilir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026