Azərbaycan ötən il maliyyə-kredit təşkilatları ilə hansı sazişləri imzalayıb?

16:32 - 11.03.2022


11 mart, Fineko/abc.az. Azərbaycan hökuməti 2021-ci ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından 2 layihə üzrə $415 milyon məbləğində kreditin cəlb olunmasını nəzərdə tutan kredit sazişləri imzalayıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə hökumətin 2021-ci ilə dair hesabatında deyilir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ümumilikdə $150 milyon məbləğində 2 kredit sazişi imzalamışdı.

“2021-ci ildə 2 layihənin maliyyələşdirilməsi üçün $415 milyon məbləğində kredit sazişləri (Dünya Bankı ilə Regional Yollar və İnkişaf Layihəsi üzrə $65 milyon məbləğində və Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə COVID-19 infeksiyasının mənfi təsirlərinin azaldılması proqramı üzrə $350 milyon məbləğində) imzalanıb”, - deyə hesabatda qeyd olunur.