Bank sektorunun aktivlərinin keyfiyyətinə görə, Azərbaycan regionda birincidir

14:59 - 11.03.2022


11 mart, Fineko/abc.az. 2021-ci ilin yekunlarına görə, Azərbaycan bank sektorunun cəmi aktivlərin rentabelliyi 1,73% təşkil edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,03 faiz bəndi azdır. Aktivlərin keyfiyyətinə gəldikdə, yanvarın 1-nə ölkədə bankların kredit portfelinin 4,3%-i problemli kreditlər təşkil edib.

Beynəlxalq Valyuta Fondunun (BVF) region üzrə son araşdırmasında bildirilir ki, Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda aktivlərin keyfiyyətinə (problemli kreditlərin ümumi kredit portfelindəki payı) görə, Azərbaycan birincidir.

Daha sonra bu göstəriciyə görə, Gürcüstan və Ermənistan gəlir. Aktivlərin ən aşağı keyfiyyəti isə Qırğızıstan və Tacikistanda müşahidə olunur.