TMB-nin valyuta ehtiyatları azalıb

16:22 - 3.03.2022


3 mart, Fineko/abc.az. Türkiyə Mərkəz Bankının (TMB) cəmi ehtiyatları 25 fevral tarixinədək 867 milyon dollar azalaraq 113 milyard 144 milyon dollar oldu.

ABC.AZ türk mediasına istinadən xəbər verir ki, bu barədə TMB-nin Həftəlik Pul və Bank Statistikasında qeyd edilib.

Qeyd olunur ki, ümumi valyuta ehtiyatları 2 milyard 582 milyon dollar azalaraq 72 milyard 782 milyon dollardan 70 milyard 200 milyon dollara düşüb.

Qızıl ehtiyatları isə 25 fevral tarixinədək 1 milyard 645 milyon dollar artaraq 41 milyard 229 milyon dollardan 42 milyard 944 milyon dollara yüksəldi.