Bu Bankın depozit portfeli ötən il 15 faiz artıb

10:31 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Yapı Kredi Bank Azərbaycan” QSC 2021-ci ilin dördüncü rübündə ümumilikdə cəlb etdiyi depozit portfeli 285 milyon manat təşkil edib.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin həcmində ötən ilin müvafiq dövri ilə müqayisədə 15% artım müşahidə olunub.

2021-ci ilin nəticələrinə görə hazırda bankın tutulmalardan sonra məcmu kapitalı 74.3 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.