PayPal şirkəti də kriptovalyuta buraxacaq - Hələki tarix açıqlanmır

15:49 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Dünyanın ən böyük ödəniş sistemlərindən olan “PayPal”ın öz kriptovalyutasını işə salacağı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, hələlik kriptovalyutanın nə vaxt buraxılacağı bəlli deyil.

Kriptovalyuta, şirkətin öz loqosu ilə buraxılacaq, adı isə “PayPal Coin” adlandırılacaq.

Mütəxəssislərin proqnozlarına görə, yeni yaradılacaq rəqəmsal valyuta ABŞ dollarına bağlı olacaq.

Müəllif: Elmir Murad