Azərbaycan bankları valyuta hərracında tələbi azaldıb

12:35 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, yanvarın 11-də baş tutan valyuta hərracında $113,1 mln satılıb ki, bu da ötən hərracda olduğundan $1 mln (0,88%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $113,1 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.