Azərbaycanda pul bazası artıb - Mərkəzi Bankdan hesabat

12:27 - 11.01.2022


11 yanvar, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 17 937,6 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, bu, dekabrın 1-i ilə müqayisədə 3 milyard 658,5 milyon manat və yaxud 25,6 % çoxdur.

Ölkədə pul bazası son 1 ildə isə 4 milyard 373,4 milyon manat və yaxud 32,25% artıb.