Çində valyuta ehtiyatları kəskin artıb

11:20 - 10.01.2022


10 yanvar, Fineko/abc.az. Çinin valyuta ehtiyatları dekabrda 3,25 trilyon dollar olmaqla son 6 ilin ən yüksək səviyyəsinə çatıb.

ABC.AZ-ın məlumatına görə, Çində valyuta ehtiyatlarının bu artımına dekabrda dolların zəifləməsi səbəb olub.

Dolların ən çox ticarət edilən valyutalar qarşısında dəyərini ölçən Bloomberg Dollar Spot İndeksi dekabrda 0,8 faiz geriləyib.