Mərkəzi Bank açıqlama yaydı - Bunun bizə aidiyyatı yoxdur

16:43 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Sosial şəbəkələrdə “Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün yeni il sorğusu” məzmununda saxta məlumat və spam keçidlər yayılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə tənzimləyici qurumun açıqlamasında bildirilir.

"Bu məlumatların Azərbaycan Mərkəzi Bankına heç bir aidiyyatı yoxdur", - deyə qurum bəyan edib.