Daha bir BOKT-a lisenziya verildi

11:02 - 5.01.2022


5 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

ABC.AZ-ın məlumatına görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 56-ya çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SF Azerbaijan”ı ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb.

Onun hüquqi ünvanı “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Fuad Cəlil oğlu Muradovdur.