İlin əvvəlindən banklar hərraclarda 6 milyard dollardan çox valyuta alıb

16:51 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. 2021-ci ilin noyabr və dekabr aylarında Mərkəzi Bankda keçirilmiş hərraclarda valyuta satışı cəmi 1 milyard 843,1 milyon dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 97 valyuta hərracında banklara 6 milyard 690,52 milyon dollar satılıb.

Qeyd edək ki, xarici valyuta (ABŞ dolları) valyuta hərraclarında Dövlət Neft Fondu tərəfindən satılır, kommersiya bankları tərəfindən isə alınır.

Müəllif: Elmir Murad