11:31 - 23.12.2021
23 dekabr, Fineko/abc.az. Dekabrın 27-də "Bakı Fond Birjası" QSC-də (BFB) “FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
ABC.AZ xəbər verir ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib.
Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026