Nağdsız ödənişlərdə elektron ticarətin payı nə qədər olub? – 11 ayın hesabatı

16:14 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 11 ayı ilə müqayisədə 78.7% artıb.

2021-ci ilin 11 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9668 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 6132 mln.manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3501 mln. manatı POS-terminallar, 34 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.