Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

16:53 - 17.12.2021


17 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və yaxud 4,4% artaraq 53 milyard dolları keçib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

"O cümlədən 11 ay ərzində AMB-nin valyuta ehtiyatları 10,2% artaraq 7 milyard dolları üstələyib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir", - deyə qurum bəyan edib.