ABB Tech Akademiyası proqramçılarla yanaşı məhsul sahibləri də yetişdirəcək!
19:05 - 16.12.2021
16 dekabr, Fineko/abc.az. ABB-nin yaratdığı ABB Tech Akademiyası yeni qəbul proqramlarını elan edib. Bu
proqramlar “Məhsul sahibi” və “Proqram təminatı mühəndisliyi-2” istiqamətlərindədir.
Akademiyaya qəbul olunmaq istəyən şəxslər ərizələrini buradan göndərə bilərlər.
İndiyə qədər ABB Tech Akademiyasını 11 istiqamət üzrə 300-dən çox məzun
bitirib. Məzunların təxminən 75%-i ABB-də və ölkənin digər aparıcı şirkətlərində işlə
təmin olunub. Proqramlara bp şirkəti və onun tərəfdaşları da dəstək verir. Yüksək nəticə
göstərmiş tələbələrə təqaüd qazanmaq imkanı yaradılır.
Tədrisi beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası
əsasında həyata keçirir. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas
bilikləri qazandırmaqla yanaşı, özlərini və layihələrini təqdim etmək bacarıqlarını
təkmilləşdirmələrinə, informasiya texnologiyaları sahəsində peşəkarlar icmasının üzvü
olmalarına da kömək göstərir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937
nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.