Aktivlərindən ən pis istifadə edən BOKT-lar - Siyahı

11:05 - 16.12.2021


16 dekabr, Fineko/abc.az. Ötən il 36 BOKT arasında aktivlərindən ən pis istifadə edəni "Union Kredit" olub.

ABC.AZ-ın məlumatına görə, onun ötənilki zərəri aktivlərinin 2,1 misli qədər olub. İllik mənfəətinin aktivlərinə nisbətinə görə, sondan 2-ci yeri "Viza Kredit” (44,9%), 3-cü yeri isə "İcraçı Kredit Agentliyi" (36,2%) tutub. 8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit”  2020-ci ilin ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” isə mikromaliyyə bazarına 2021-ci ildə daxil olub.