ABB-nin yeni konseptdə qurulmuş Binəqədi filialı müştərilərin xidmətində!
17:37 - 14.12.2021
14 dekabr, Fineko/abc.az. ABB yeni konseptdə qurulmuş Binəqədi filialını istifadəyə verib. Müştərilər üçün
daha əlçatan olsun deyə filialın ünvanı dəyişib. Binəqədi filialı hazırda gediş-gəliş
üçün çox rahat bir yerdə - “Azadlıq” metrosunun yaxınlığında (Süleyman Sani
Axundov küçəsi - 42) xidmət göstərir.
Müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filial binasında müştərilərə
yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər
ABB-nin Binəqədi filialında kassa-hesablaşma əməliyyatları, istehlak, ipoteka və
biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, nağd valyuta ilə
əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev Bankın
filiallarının yenilənməsi prosesinin uğurla davam etdirildiyini bildirib: “Ofislərimizin
yenilənməsi müxtəlif seqmentlərdən olan müştərilərimizə daha keyfiyyəli xidmət
üçün geniş imkanlar yaradır. Binəqədi filialı ABB-nin yeni brend kimliyinə
uyğun dizayn edilib. Filial və şöbələrimizin ABB-nin yeni brend kimliyinin
təcəssümü olan “Müasir, Faydalı, Universal” sloqanına uyğun fəaliyyət
göstərməsi bizim üçün çox mühümdür”. O, yaxın müddətdə digər yenilənmiş filial
və şöbələrin də açılışının olacağını qeyd edərək bu prosesin növbəti dövrlərdə də
davam edəcəyini vurğulayıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya
937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə
etmək olar.