“Sahibkarlar Klubu” iş adamlarını bir araya gətirdi
16:48 - 10.12.2021
10 dekabr, Fineko/abc.az. ABB “Sahibkarlar Klubu”na üzv olan bir qrup iş adamı ilə birgə tədbir təşkil edib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və
Dövlət Gömrük Komitəsinin dəstəyi ilə keçən toplantıda 30-dan çox sahibkar iştirak
edib. Klubun bir illik fəaliyyətinə nəzər salınıb, iş adamları üçün yaratdığı imkanlar
dəyərləndirilib.
Toplantı iştirakçıları vergi qanunvericiliyi, idxal-ixrac əməliyyatları üzrə gömrük
rəsmiləşdirilməsi, eyni zamanda Azərbaycan bazarındakı mövcud fürsətlərlə bağlı
məlumatlandırılıblar. İş adamlarını maraqlandıran müxtəlif məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya
937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək
olar.