Mərkəzi Bankda yeni təyinat olub

15:39 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub.

ABC.AZ xəbər verir ki, AMB sədri Elman Rüstəmov Anar Kazım oğlu Quliyevi İnformasiya Texnologiyaları Departamentinin direktoru təyin edib. O, bu vəzifəsinin icrasına 2021-ci ilin dekabrından start verib.

Qeyd edək ki, Anar  Quliyev  2020-ci ilin mayından 2021-ci ilin dekabrına qədər adıçəkilən departamentdə direktor müavini idi.