Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 mlrd manat olub

12:20 - 10.12.2021


10 dekabr, Fineko/abc.az. İndiyədək ölkə ərazisində 50.653 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-noyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 14 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 85,8% çoxdur.