AMB valyuta hərracında banklara $111,3 mln. satıb

12:32 - 9.12.2021


9 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, 09 dekabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

“Hərracda tələb 111,3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.