25 noyabr, Fineko/abc.az. Sahiblərinə böyük həcmdə keşbek, uçuş milləri, danışıq dəqiqələri, mobil internet
və kartdakı qalıq məbləğə görə faiz gəliri qazandıran NeoKart, Yeni il öncəsi müştərilərinə daha bir imkan
yaradıb.
Belə ki, “Bank Respublika”nın start verdiyi MÖHTƏŞƏM kampaniya çərçivəsində NeoKart ilə ödəniş
edənlər üçün “ƏDV Geri Al” 2 qat sərfəli olacaq! Bunun üçün, NeoKart sahibləri hər alış-veriş zamanı
onlara verilmiş kassa qəbzinin üzərindəki QR kodu “Bank Respublika”nın “Mobil Şöbə”əlavəsində
oxutmalı, yaxud fiskal kodu daxil etməlidirlər. Əlavə edilmiş qəbz üzrə məbləğ “ƏDV Geri Al” hesabının
cari balansında əks olunduqdan 1 gün sonra müvafiq həcmdə bonus müştərinin NeoBonus balansına əlavə
olunacaq.
Beləliklə, NeoKart sahibləri dekabr ayının 31-nə qədər davam edəcək kampaniya çərçivəsində alış-veriş
etdikləri zaman kassa qəbzlərini Bankın “Mobil Şöbə” əlavəsi vasitəsilə skan edərək “ƏDV Geri Al”
hesabına əlavə etdikdə, həm ƏDV qazancı, həm ƏDV qazancı məbləğində Bonus qazanacaq! Əlavə olaraq
NeoKart sahibləri dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə ödəniş edərkən və ya online alış-
veriş zamanı “Bank Respublika”dan NeoBonuslar da qazanacaq.
Bundan başqa, NeoKart sahibləri Bank Respublikanın start verdiyi yeni lotereyada iştirak edərək pul
mükafatları, smartfonlar, planşetlər və super hədiyyə olan Toyota RAV4 LOW 2.5L Hybrid avtomobili
qazanmaq şansı da əldə edəcəklər.
Əgər Siz də qazananlar sırasında olmaq istəyirsinizsə, vaxt itirmədən NeoKart sifariş edin və nağdsız
ödənişdən hər zaman hər yerdə qazanc əldə edin!
NeoKart-ı onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, eləcə də WhatsApp-
da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “NeoKart” yazıb göndərərək sifariş
etmək mümkündür.