19:50 - 23.11.2021
23 noyabr, Fineko/abc.az. Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış yeni 50 manatlıq pul nişanı “ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.
Belə ki, pul nişanının üzərində tətbiq edilmiş “Rolling Star Lead” holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna (“Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib. Qeyd edək ki, hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026