16:09 - 24.11.2021
24 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Bank BTB” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma Pakistan bankında (16,8%), ən az azalma isə “Bank BTB”də (3%) qeydə alınıb.
Qalan 22 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (59,5%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (1,2%) qeydə alınıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026